525.Az

ABŞ-ın terrorçuluqla mübarizə üzrə koordinatoru Ankaraya səfər edəcək


 

ABŞ-ın terrorçuluqla mübarizə üzrə koordinatoru Ankaraya səfər edəcək<b style="color:red"></b>

ABŞ Dövlət Departamentinin terrorçuluqla mübarizə üzrə koordinatoru Natan Seyls Türkiyəyə səfər edəcək.

Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, səfər yaxın bir həftədə baş tutacaq, lakin dəqiq tarix bildirilmir.

Qeyd edilir ki, Dövlət Departamentini nümayəndəsi Türkiyədə xarici terrorçuların repatriasiyası, sərhəd təhlükəsizliyi və PKK, "Əl-Qaidə" və İŞİD terror qruplaşmaları ilə mübarizəni müzakirə edəcək.

 





13.06.2019    çap et  çap et