525.Az

Tramp G20 sammiti çərçivəsində Putinlə görüşmək niyyətindədir


 

Tramp G20 sammiti çərçivəsində Putinlə görüşmək niyyətindədir<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Osakada keçirilən G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin ilə görüşmək niyyətindədir.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, D.Tramp sammit çərçivəsində, həmçinin, Çin Xalq Respublikasının sədri Si Cinpin ilə də görüşəcək.

Kremldən bildiriblər ki, D.Trampın Rusiya prezidenti ilə görüşmək istəyi barədə heç bir siqnal almayıblar.

Qeyd edək ki, G20 sammiti Yaponiyanın Osaka şəhərində 28-29 iyun tarixlərində keçiriləcək.

 





13.06.2019    çap et  çap et