525.Az

Ərdoğan: "Fəratın şərqindəki terror dəhlizini də məhv edəcəyik"


 

Ərdoğan: "Fəratın şərqindəki terror dəhlizini də məhv edəcəyik"<b style="color:red"></b>

Türkiyə Fəratın şərqindəki terror dəhlizini də məhv edəcək.

Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının iclasında çıxışı zamanı deyib.

T.Ərdoğan bildirib ki, Fəratın şərqində terror dəhlizini daha öncə Cerablus-Afrin xəttində və İraqın şimalında məhv etdiyimiz kimi məhv edəcəyik.

Rusiyada S-400 zeniot-raket komplekslərinin alınmasına toxunan ölkə başçısı qeyd edib ki, Türkiyə bu sistemləri artıq alıb:

"Mən S-400 sistemlərini alacağıq demirəm. Mən bu sistemləri artıq almışıq deyirəm. Biz bu sistemləri birgə istehsalını nəzərdə tutan razılaşma imzalamışıq".

R.T.Ərdoğan həmçinin ABŞ-dan "F-35" qırıcı təyyarələrinin alınması haqqında da danışıb:

"Türkiyə bu təyyarələrin yalnız müştərisi deyil, eyni zamanda istehsal üzrə tərəfdaşdır. Ayın sonunda Yaponiyada ABŞ prezidenti Donald Trampla görüşümüz olacaq. Bu məsələni biz onunlar müzakirə edəcəyik".

 





13.06.2019    çap et  çap et