525.Az

Tramp: "Polşa ABŞ-dan 30-dan artıq F-35 qırıcısı alacaq"


 

Tramp: "Polşa ABŞ-dan 30-dan artıq F-35 qırıcısı alacaq"<b style="color:red"></b>

Polşa ABŞ-dan 30-dan artıq F-35 qırıcı təyyarəsi alacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Polşa prezidenti Andjey Duda ilə görüçündən öncə deyib.

D.Trampın sözlərinə görə, A.Dudanın Vaşinqtona səfəri zamanı Ağ Evin üzərindən F-35 qırıcıları keçəcək:

"Polşa 32 və ya 35 ədəd F-35 sifariş edib".

Ağ Evin rəhbəri əlavə edib ki, ABŞ Avropaya əlavə qoşun göndərməyəcək və Almaniyadakı hərbçilərin bir hissəsini Polşaya göndərməklə bu ölkədəki hərbi kontingentin sayını artıra bilərlər:

"Söhbət 2 min hərbçidən gedir. Avropa əlavə qoşun göndərilməyəcək. Onlar Almaniyadan və ya başqa yerlərdən Polşaya göndəriləcək. Bildiyiniz kimi Almaniyada bizim 52 min hərbçimiz var".

 





13.06.2019    çap et  çap et