525.Az

Ali məktəblərə ərizə qəbulu başa çatdı


 

Ali məktəblərə ərizə qəbulu başa çatdı<b style="color:red"></b>

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

APA-nın xəbərinə görə, I-IV ixtisas qrupları üzrə yay imtahanında iştirak üçün 52692 (48422 Azərbaycan bölməsi, 4270 rus bölməsi üzrə) abituriyent elektron ərizəsini təsdiq edib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi mayın 30-dan iyunun 12-dək yenidən aktiv edilib.

 





13.06.2019    çap et  çap et