525.Az

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının ilk iclası başladı


 

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının ilk iclası başladı<b style="color:red"></b>

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının ilk plenar iclası başlayıb.

APA-nın məlumatına görə, iclasa sədrliyi Milli Məclisin spikeri Oqtay Əsədov edir.

Növbədənkənar sessiya dövlət himninin oxunması ilə açılıb.

İyunun 13 və 14-də keçiriləcək plenar iclaslarının gündəliyinə 36 məsələ daxildir.

Bunlar “Aqrar sığorta haqqında”, “Baytarlıq haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinin daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Banklar haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, "Təhsil haqqında”, “Dövlət rüsumu haqqında” və s. qanunlara dəyişiklik layihələridir.

Bundan başqa, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi də ikinci oxunuşda müzakirə olunacaq.

Qeyd edək ki, Milli Məclisin xüsusi sessiyanın plenar iclaslarının iyunun 13-ü, 14-ü, 28-i və iyulun 9-u, 12-də keçirilməsi nəzərdə tutulub.

 





13.06.2019    çap et  çap et