525.Az

Kənan Quluzadə: "Xəzərdə kruizin 2020-ci ildə başlanması gözlənilir"


 

Kənan Quluzadə: "Xəzərdə kruizin 2020-ci ildə başlanması gözlənilir"<b style="color:red"></b>

"Xəzər dənizində kruizlərin başlanması Rusiyanın təşəbbüsüdür və həmin gəmi "Pyotr Velikiy" gəmisidir ki, onu Rusiyada hazırlayırlar".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putin də Bakıya səfəri çərçivəsində həmin məsələyə toxunub və Rusiyadakı tərəfdaşlardan tələb edib ki, bu iş tezləşdirilsin: "Azərbaycan Həştərxan quberniyasının Turizm Nazirliyi və müvafiq dəniz qurumları ilə danışıqlar aparır. Azərbaycan həmin gəmi üçün artıq dayanacaq verib. Kruizin 2020-ci ildə başlanması gözlənilir. Bu, Xəzəryanı 5 dövləti əhatə edəcək. Azərbaycan turizminin inkişafı üçün böyük bir imkan var. Bu layihə tam olaraq Rusiyanın layihəsidir. Azərbaycan və digər dövlətlər buna dəstək olurlar".

Qiymətlərə gəlincə, K.Quluzadə deyib ki, bunu Rusiya tərəfi müəyyən edəcək: "Əlbəttə, qiymətlər çox yuxarı olsa, biz öz təkliflərimizi verəcəyik ki, daha sərfəli olsun".

 





13.06.2019    çap et  çap et