525.Az

QUTechnopark sahibkarlığın inkişafına dəstək verir


 

QUTechnopark sahibkarlığın inkişafına dəstək verir<b style="color:red"></b>

Müxtəlif layihələrlə  sahibkarlığın inkişafına dəstək verən Qafqaz universitetinin QUTechnoparkı Təşəbbüskarlıq seminarlarını davam etdirir.

Ötən tədris ilində həyata keçirilməyə başlamış "Təşəbbüskarlıq" seminarları silsiləsindən növbəti seminar keçirilib. Seminar OKÇU Gayrimenkul Şirkətinin Azərbaycandakı səlahiyyətli nümayəndəsi, dünyanın müxtəlif ölkələrindən iş təcrübəsi olan İlyaz Ayaydinın təqdimatında “Motivasiya: Uğur üçün önəmli başlanğıc” mövzusunda təşkil olunub. Tələbə, magistr və məzunların, eləcə də iş həyatından müxtəlif şəxslərin iştirak etdiyi seminarda müxtəlif sahələr üzrə şöhrət qazanmış şəxsiyyətlərin həyatında baş vermiş hadisələr qarşıya qoyulan məqsədə çatmaq üçün qərarlılığın əhəmiyyəti aspektindən nümunələr xüsusi marağa səbəb olub.

Qeyd edək ki, Oktyabrın 12-də keçiriləcək seminar “Startup - biznes qurmaq üçün yeni imkanlar” mövzusunda Orxan Əhmədovun (MultiBon və  Vitalcv şirkətlərinin həmtəsisçisi) təqdimatındsa keçiriləcək.

Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.

Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.

Həftədə bir dəfə müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.

 





07.10.2013    çap et  çap et