525.Az

Pyotr Tolstoy: "Heydər Əliyevin xidməti Azərbaycan xalqının yaddaşından silinməyəcək"


 

Pyotr Tolstoy: "Heydər Əliyevin xidməti Azərbaycan xalqının yaddaşından silinməyəcək"<b style="color:red"></b>

"Heydər Əliyevin siyasi təcrübəsi və müdrikliyi sayəsində Azərbaycan xalqı xaos və yoxsulluqdan xilas olub".

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Dövlət Dumasının vitse-spikeri, tanınmış jurnalist Pyotr Tolstoy bildirib.

Onun sözlərinə görə, Rusiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsiyyətinə böyük hörmətlə yanaşırlar:

"Məhz onun siyasi təcrübəsi, atdığı addımlar, müdrikliyi sayəsində Azərbaycan xalqı 90-cı illərin əvvəllərində xaos və yoxsulluqdan xilas ola bilmişdi.

Hər kəsə məlum idi ki, o, Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn zaman ölkədə nələr baş verirdi.

Onun müstəqil Azərbaycanın bərpasında rolu çox böyükdür. Azərbaycanda 90-cı illərin əvvəllərindəki vəziyyət çox yaxşı xatirimdədir. Mən o zaman jurnalist kimi Azərbaycanda çox olmuşdum. Ölkədə baş verən xaos, özbaşınalıq ən yüksək səviyyəyə qalxmışdı.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə biz yeni Azərbaycanın qurulduğunun şahidi olduq. Bu onun Azərbaycan xalqı qarşısında göstərdiyi tarixi xidmət idi. Əminəm ki, Heydər Əliyevin bu tarixi xidməti heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək".

P.Tolstoy müasir Azərbaycanla Rusiya arasındakı münasibətlərin hazırkı səviyyəsindən də danışıb:

"Bu gün iki ölkə arasında çox mehriban, isti münasibətlər mövcuddur. Biz bunu çox yüksək qiymətləndiririk. İstərdik ki, bu münasibətlər daha da inkişaf etsin. Bu gün bu münasibətlər həm dövlətlərarası, həm də parlamentlərarası səviyyədə inkişaf edir. Dövlət Duması ilə Azərbaycanın Milli Məclisi arasında əməkdaşlıq mövcuddur. Biz həm də beynəlxalq arenada - ATƏT və Avropa Şurasında əməkdaşlıq edirik, "Bir kəmər, bir yol" layihəsində iştirak edirik.

Bizim qarşımızda birgə həll edəcəyimiz bir sıra tapşırıqlar dayanır. Bir sözlə, bu gün biz öz valideynlərimizə, nənə-babalarımız minnətdarıq ki, bu gün eyni dildə danışa bilirik. Bu çox vacibdir. Çox ümid edirəm ki, bizim ikitərəfli əlaqələrimiz bundan sonra daha da möhkəmlənəcək".

 





13.06.2019    çap et  çap et