525.Az

Əli Rəbii : "Yaponiyaya aid iki neft tankerində baş vermiş partlayışdan narahatıq"


 

Əli Rəbii : "Yaponiyaya aid iki neft tankerində baş vermiş partlayışdan narahatıq"<b style="color:red"></b>

“Yaponiyaya aid iki neft tankerində baş vermiş partlayışdan narahatıq və bu hadisəyə görə təəssüf edirik”.

APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İranın dövlət sözçüsü Əli Rəbii deyib.

Ə.Rəbii bildirib ki, rəsmi Tehran strateji su yollarında və bölgədə  təhlükəsizliyin təmini üçün region ölkələri ilə əməkdaşlıq etməyə hazırdır:

“Bütün region ölkələri sabitsizlikdən  mənfəət qazanan şəxslərin tələsinə düşməmək üçün ehtiyatlı olmalıdırlar”.

Qeyd edək ki, bu gün  səhər Oman dənizində iki neft tankerində yanğın və partlayış baş verib. Yaponiyanın Ticarət Nazirliyi hər iki gəminin Yaponiyaya məxsus yük daşıdıqlarını bildirib.

 





13.06.2019    çap et  çap et