525.Az

İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fonduna yeni bina verildi


 

İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fonduna yeni bina verildi<b style="color:red"></b>

“Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə İlahiyyat İnstitutuna yeni bina verilib. Hazırda həmin binada təmir işləri həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, İlahiyyat İnstitutunun yeni binası Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşir:

“Bina 5 mərtəbədən ibarətdir. Binada təmir işləri yekunlaşdıqdan sonra tədris orada aparılacaq”.

M.Qurbanlı deyib ki, həmin binada Mənəvi Dəyərlərin Təbliği Fondu da yerləşəcək:

“Hazırda isə Mənəvi Dəyərlərin Təbliği Fondu kirayədə yerləşir. Yeni bina istifadəyə veriləndən sonra isə hər iki qurum eyni binada yerləşəcək. Amma onların girişi ayrı-ayrı yerlərdən olacaq”.

 





13.06.2019    çap et  çap et