525.Az

"Xan Şuşinski" Fondu İlham Əliyevin namizədliyini dəstəkləyir


 

"Xan Şuşinski" Fondu İlham Əliyevin namizədliyini dəstəkləyir<b style="color:red"></b> "Xan Şuşinski" fondunun təşəbbüsü və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 9-da keçiriləcək prezident seçkiləri münasibəti ilə tədbir keçirilib.

525.az-ın məlumatına görə, tədbiri fondun təsisçisi və rəhbəri, Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva açıb. O, son illər Azərbaycanda gedən iqtisadi inkişafdan danışıb.

Sonra Azərbaycanın xalq artistləri Ramiz Quliyev, Canəli Əkbərov, Faiq Sücəddinov, Ağaxan Abdullayev, Zaur Rzayev, Murad Hüseynov, əməkdar artistlər Nuriyyə Hüseynova, Zöhrə Abdullayeva, qocaman tarzən Fərman Hüseynov, tanınmış jurnalist Rafiq Hacıyev, Şuşa şəhəri ziyalıları adından Zahid Abbasov çıxış ediblər.

Tədbir iştirakçıları budəfəki seçkidə də hazırkı prezident İlham Əliyevin namizədliyi dəstəkləyəcəklərini bildiriblər.

Mərasimin sonunda bununla bağlı bəyanat qəbul edilib.

Bəyanatda deyilir: "Xan Şuşinski" fondunun təşkilatçıları, heyət üzvləri və Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna xidmətləri olmuş ustad sənətkarlar dövlətimizin və xalqımızın rifahı naminə gördüyü misilsiz xidmətlərə, Azərbaycan musiqi mədəniyyətinə, mədəniyyət xadimlərinə göstərdiyi diqqətə, qayğıya və verdiyi dəstəyə görə 9 oktyabrda keçiriləcək prezident seçkilərində İlham Heydər oğlu Əliyevə dəstək olaraq, ona səs verəcəyini bəyan edir”.

RAMİL
 





07.10.2013    çap et  çap et