525.Az

Yeni Zelandiya terrorçusu məhkəmədə özünü günahkar bilmədi


 

Yeni Zelandiya terrorçusu məhkəmədə özünü günahkar bilmədi <b style="color:red"></b>

Yeni Zelandiyada məscidlərə silahlı hücum həyata keçirməkdə təqsirləndirilən avstraliyalı Brenton Tarrant öz günahını etiraf etməyib. Onun məhkəmə işi gələn il mayın 4-də başlayacaq.

APA xəbər verir ki, bu barədə “Stuff” portalı məlumat yayıb.

Bildirilir ki, xüsusi rejimli cəzaçəkmə müəssisəsində təknəfərlik kamerada saxlanılan Tarrant məhkəmə iclasına videoəlaqə vasitəsilə qoşulub. Onun günahını boynuna almaması ilə bağlı açıqlamasını vəkilləri çatdırıb.

O, terrorçuluq niyyəti ilə 51 nəfərə qarşı sui-qəsddə və 40 nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilir. Hakim, həmçinin qeyd edib ki, psixi durumu Tarranta məhkəmə qarşısına çıxmağa imkan verir.

 





14.06.2019    çap et  çap et