525.Az

Ceyhun Bayramov: "Bu il 110 min tələbə və doktorantın təqaüdü artırılıb"


 

Ceyhun Bayramov: "Bu il 110 min tələbə və doktorantın təqaüdü artırılıb"<b style="color:red"></b>

“Azərbaycanda təhsil sahəsinə göstərilən dövlət qayğısı ildən-ilə artır. Təhsil sisteminin daha da təkmilləşdirilməsi istiqamətində mütərəqqi addımlar davam etdirilir".

APA-nın məlumatına görə, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Qubadlı rayonu Hal orta məktəbinin "Son zəng" tədbirində çıxışı zamanı deyib.

C. Bayramov bildirib ki, bu il 110 min tələbə və doktorantın təqaüdü artırılıb:

"Bununla yanaşı, ölkə prezidentinin sərəncamına əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari ilin martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayının 2019-2020 tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub".

 





14.06.2019    çap et  çap et