525.Az

Lombard fəaliyyətinə lisenziya verilməsinə görə rüsum tətbiq olunacaq


 

Lombard fəaliyyətinə lisenziya verilməsinə görə rüsum tətbiq olunacaq<b style="color:red"></b>

Azərbaycanda lombard fəaliyyətinə lisenziya verilməsinə görə rüsum tutulacaq.

APA-nın məlumatına görə, bu barədə yeni hazırlanan “Lombardlar haqqında” qanun layihəsinin 18-ci maddəsində (Lisenziya və icazə) bildirilib.

Sənədin 18.5-ci bəndində qeyd edilib ki, lombard fəaliyyətinə lisenziya verilməsi üçün “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödəniləcək.

Qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

 





14.06.2019    çap et  çap et