525.Az

Ramiz Alıyev: “Heydər Əliyevin hakimiyyətə qayıdışı böyük tarix hadisə idi”


 

Ramiz Alıyev: “Heydər Əliyevin hakimiyyətə qayıdışı böyük tarix hadisə idi”<b style="color:red"></b>

“1993-cü il iyunun 15-də Azərbaycan xalqının, o cümlədən, ölkə ziyalılarının təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı qardaş qırğını, torpaqlarımızın parçalanma təhlükəsinin qarşısını aldı”.
 
Bu sözləri politoloq Ramiz Alıyev deyib. O bildirib ki, bu, böyük tarixi hadisə idi:

“Həmin dövrə qədər, müxtəlif əsirlərdə Azərbaycan torpaqları hissə-hissə qonşu dövlətlərə peşkəş verilir, ərazilərimiz zorla qoparılmağa çalışılırdı.

Təəssüf ki, həm xalq, həm də dövlət olaraq  bu hadisələrin qarşısını ala bilmirdik. Tarixə Milli Qurtuluş günü kimi həkk olunan 1993-cü ilin 15 iyununda isə ümummilli lider Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıdaraq, üzləşdiyimiz növbəti fəlakətlərin qarşısını aldı.

Bu gün də düşmən ölkə və onun himayədarları nə qədər çalışsalar da tarixi Azərbaycan torpaqlarını öz ərazilərinə birləşdirə bilmirlər və heç bir zaman da birləşdirə və ya Azərbaycan ərazisində ikinci erməni dövlətini yarada bilməyəcəklər”.

“Bizdən sonra gələn nəsillər tarixi vərəqləyəndə ulu öndərin nə qədər böyük bir tarixi hadisənin müəllifi oluduğunu bir daha anlayacaqlar”, - deyə, R.Alıyev əlavə edib.

 





14.06.2019    çap et  çap et