525.Az

XİN-dən Ermənistan müdafiə nazirinin əmrinə münasibət


 

XİN-dən Ermənistan müdafiə nazirinin əmrinə münasibət <b style="color:red"></b>

“Ermənistan Xarici İşlə Nazirliyinin sonuncu bəyanatında qeyd edildiyi kimi, “sülhə əlverişli mühitin yaradılması” üçün bu bəyanata uyğun davranmaq lazımdır”.

Bu barədə APA-ya XİN-in mətbuat xidmətindən məlumat verilib.

“Ermənistan müdafiə nazirinin azərbaycanlı hərbi qulluqçuları məhv etmək əmri və snayperləri təltif etməsi sülh şəraitinin yaradılmasına nə dərəcədə uyğun gəlir?!

Xatırladırıq ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll edilməsində və təbii ki, danışıqların irəlilədilməsində maraqlı tərəfdir.

Vurğulayırıq ki, danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxardılmasıdır. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarında qanunsuz mövcudluğunu saxlayacağı təqdirdə, danışıqların başqa vacib hissəsi ola bilməz. Nə qədər tez Ermənistan bu reallığı dərk etsə, bir o qədər tez bölgəmizə dayanıqlı sülh, inkişaf və rifah təmin olunacaq”,- deyə açıqlamada vurğulanır.

 





14.06.2019    çap et  çap et