525.Az

Berlinin mərkəzində İkinci Dünya müharibəsinə aid bomba tapıldı


 

Berlinin mərkəzində İkinci Dünya müharibəsinə aid bomba tapıldı<b style="color:red"></b>

Almaniyanın paytaxtı Berlinin mərkəzində İkinci Dünya müharibəsinə aid 100 kiloqramlıq bomba aşkar edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Berlin şəhər polis idarəsinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Mitte rayonunda aşkar edilən İkinci Dünya müharibəsinə aid bomba bu gün zərərsizləşdirilməlidir. Hazırda polis əməkdaşları lazımi hazırlıqla məşğuldurlar".

 





15.06.2019    çap et  çap et