525.Az

Samur çayının su ehtiyatlarının bölünməsi üzrə komissiyasının iclası keçirildi


 

Samur çayının su ehtiyatlarının bölünməsi üzrə komissiyasının iclası keçirildi<b style="color:red"></b>

Bakıda Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının XVI iclası keçirilib.

Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, iclas "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" 2010-cu il sentyabrın 3-də imzalanan sazişə əsasən keçirilir.

Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda səhmdar cəmiyyətin, Azərbaycan Respublikası Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi, ekoloji axınların təmin olunması, məlumat mübadiləsi və digər məsələlər müzakırə edilib, növbəti görüşə kimi görüləcək tədbirlər müəyyənləşdirilib.

İclasın yekunu üzrə ikitərəfli protokol imzalanıb.

Qeyd edək ki, sazişə əsasən, komissiyanın iclası ildə iki dəfə, hər dəfə bir ölkənin ərazisində keçirilir.

C.ABASOV

 





16.06.2019    çap et  çap et