525.Az

Heydər Əliyev mərkəzlərinin elmi işçiləri Gəncədə toplaşıblar


 

MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR EDİLMİŞ ÜMUMRESPUBLİKA SEMİNARI KEÇİRİLİB

Heydər Əliyev mərkəzlərinin elmi işçiləri Gəncədə toplaşıblar<b style="color:red"></b>

Respublika Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev Mərkəzləri - Azərbaycançılıq məfkürəsinin məbədi kimi" mövzusunda Heydər Əliyev Mərkəzlərinin elmi İşçilərinin Birinci Ümumrespublika seminarı keçirilib.

Seminarda Gəncə İcra Hakimiyyətinin Humanitar işlər üzrə baş məsləhətçisi Yadigar Bədəlov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev, Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Elmi-Metodiki və İxtisasartırma Mərkəzin direktoru Asif Usubəliyev, elmi katib Cavid Əliyev, şöbə müdiri Sənan Talıbov, əməkdaşları Pərvanə Hüseynova, Ceyhun Əhmədov çıxış ediblər.

Onlar öz çıxışlarında H.Əliyevin böyük şəxsiyyətini, Azərbaycan xalqının taleyində və tarixindəki misilsiz xidmətlərini bir daha diqqətə çatdıraraq Ulu öndərin azərbaycançılıq məfkurəsindən bəhs edib, ədəbiyyatın və incəsənətin inkişafı üçün göstərdiyi qayğı və diqqətdən söz açıblar.  H.Əliyevin mükəmməl və müdrik siyasətinin nəticəsi olaraq Respublikamızın qazandığı uğur və müvəffəqiyyətlər, dövlətçiliyimiz yolunda misilsiz xidmətlər, elm, ədəbiyyat, incəsənətin inkişafıbir daha vurğulanıb. Tədbirdə Heydər Əliyev Mərkəzlərin elmi işçilərinin dövlətçiliyimizin ideallarının təbliği yönündə fəaliyyəti danılmaz olduğu qeyd olunub. Seminar iştirakçıları Gəncə Dövlət Kamera orkestrının solistlərinin konsertini də izləyiblər.

Zakir MURADOV
Gəncə

 





16.06.2019    çap et  çap et