525.Az

Azərbaycanın hərbi xərcləri artırıldı


 

Azərbaycanın hərbi xərcləri artırıldı<b style="color:red"></b> Gələn ilin dövlət büdcəsində müdafiə sahəsi üçün ayrılan xərclər açıqlanıb. Maliyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2014-cü ildə müdafiə xərclərinin 1637362.4 min manat olması proqnozlaşdırılır. Bu isə 2013-cü ilin müvafiq xərclərindən + 7.1 faiz çoxdur.
 
2014-cü ildə dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üçün ayrılan xərclərin 1240298.0 min manat təşkil edəcəyi gözlənilir. Bu isə bu ilki xərclərdən + 11.3 faiz çox deməkdir.
 
Müdafiə xərcləri 2014-cü ildə dövlət büdcəsi xərclərinin 14.7 faizini təşkil edəcək.
 





07.10.2013    çap et  çap et