525.Az

İran nüvə razılaşmasına dair öhdəliklərini azaldır


 

İran nüvə razılaşmasına dair öhdəliklərini azaldır<b style="color:red"></b>

İran Atom Enerjisi Təşkilatı sabah nüvə razılaşması çərçivəsində Tehranın öhdəliklərinin azaldılmasına dair hesabat təqdim edəcək.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, İran Atom Enerjisi Təşkilatının yaydığı məlumatda bildirilir ki, bu, nüvə razılaşması çərçivəsində İranın öhdəliklərinin azaldılması istiqamətində ilk addımdır.

Hesabatda zənginləşdirilmiş uran ehtiyatı və ağır su istehsalının artırılmasına dair məlumatlar yer alıb.

Sənəddə bu il ərzində nüvə razılaşması çərçivəsində İranın öhdəliklərinin azaldılması çərçivəsində ikinci mərhələdə atılacaq addımlar da əksini tapacaq.

Qeyd edək ki, ABŞ-ın nüvə razılaşmasından çıxmasının ildönümü ilə əlaqədar mayın 8-də İran Hərtərəfli Birgə Fəaliyyət Planının bəzi müddəalarının icrasının dayandırmaq barədə qərar verdiyini açıqlayıb.

 





17.06.2019    çap et  çap et