525.Az

Ukraynada azərbaycanlı sürücü qəza törətdi, məşhur futbolçunun həyat yoldaşı öldü


 

Ukraynada azərbaycanlı sürücü qəza törətdi, məşhur futbolçunun həyat yoldaşı öldü<b style="color:red"></b>

İyunun 15-də, yerli vaxtla saat 20:05-də Ukraynanın Lvov şəhərində 44 yaşlı Azərbaycan vətəndaşı qəza törədib.

APA-nın "Ukraїnskі Novini" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Lvov Vilayət Dövlət Administrasiyası məlumat yayıb.

Hadisə Qorskoy,5 ünvanında baş verib. Azərbaycanlı "Mersedes-Benz" markalı avtomobillə piyadanı vurub. Qəza nəticəsində ağır travma alan 77 yaşlı qadın hadisə yerinə ölüb.

Hüquq-mühafizə orqanlarından "Ukraїnskі Novini" nəşrinə verilən məlumata görə, ölən qadın Lvovun "Karpat" komandasının əfsanəvi futbolçusu Boris Rassıxinin həyat yoldaşı,  "Olimp-L" uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq hakim Lyubov Rassıxinadır.

 





17.06.2019    çap et  çap et