525.Az

Gürcüstanın Ombudsmanı ölümlə hədələnib


 

Gürcüstanın Ombudsmanı ölümlə hədələnib<b style="color:red"></b>

Gürcüstanın İnsan Hüquqları üzrə Müvəkkili Nino Lomjaria ölümlə hədələnib.

APA-nın yerli bürosu məlumatına görə, bu barədə Ombudsmanın rəsmi internet səhifəsində bəyanat yayılıb.

Bildirilib ki, N.Lomjarianın Tbilisidə keçirilən cinsi azlıqların mitinqindən sonra insanların sərbəst toplaşmaq azadlıqlarının olması ilə bağlı bəyanatla çıxış etməsi internetdə ona qarşı sui-qəsd çağırışlarının səslənməsinə səbəb olub.

Bəyanatda qeyd edilib ki, N.Lomjaria faktla bağlı araşdırmaların aparılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.

 





18.06.2019    çap et  çap et