525.Az

"Qarabağ"ın potensial rəqibləri 5-ə düşdü


 

"Qarabağ"ın potensial rəqibləri 5-ə düşdü<b style="color:red"></b>

Son Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, püşkatmadan 1 gün öncə UEFA iştirakçıları səpələnmiş və səpələnməmiş qruplarına bölüb.

Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:

"Valetta" (Malta)

"Sarayevo" (Bosniya və Herseqovina)

"Sutyeska" (Monteneqro)

"Partizani" (Albaniya)

"Saburtalo" (Gürcüstan)

Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkü bu gün saat 14:30-da başlayacaq.

 





18.06.2019    çap et  çap et