525.Az

“Judo Club 2012”nin karateçiləri yeni sınaq qarşısında - Foto


 

“Judo Club 2012”nin karateçiləri yeni sınaq qarşısında - <b style="color:red">Foto </b>

İyunun 14-16-da Qazaxıstanın paytaxtı Astanada karate (WKF) üzrə “Qazaxıstan Open” turniri keçirilib.

Yarışda iştirak edən yığma komandanın tərkibində “Judo Club 2012”nin üzvü Fidan Dadaşova (48 kq) da yer alıb. Təmsilçimiz 16-17 yaşlı yeniyetmələrin yarışında mübarizə aparıb.

“Judo Club 2012”nin məşqçisi Namiq Pirverdiyevin yetirməsi olan Fidan Dadaşova yarışdan əvvəl Fransa, İtaliya, Çexiya, Ukrayna, Türkiyə, Rusiya, Misir, İran və Gürcüstanın nüfuzlu idmançıları ilə birgə beynəlxaq təlim-məşq toplanışında iştirak edib.

Turnirdə iştirak edən yığma komandamız 2 qızıl, 2 gümüş və 6 bürünc medala layiq görülüb. Yığma komandamızın heyətində Qazaxıstana yollanan “JudoClub 2012”nin üzvü Fidan Dadaşova (48 kq) da mükafatçılar sırasında yer alıb.

Təmsilçimiz 14-15 yaşlı yeniyetmələrin yarışında gümüş medala sahib çıxıb.

“Qazaxıstan Open” turnirindən sonra karateçilərimiz Macarıstanın paytaxtı Budapeştə yollanıblar. Təmsilçilərimiz burada karate (WKF) üzrə dünya məktəblilərarası “CombatGames 2019” beynəlxalq turnirində mübarizə aparacaqlar.  

İyunun 20-dək davam edəcək nüfuzlu yarışda “JudoClub 2012”nin üzvlərindən Kənan Babayev (68 kq), Fərid Ağayev (76 kq) və Fidan Dadaşova (48 kq) da qüvvəsini sınayacaq.

 





18.06.2019    çap et  çap et