525.Az

Platini həbs olundu


 

Platini həbs olundu<b style="color:red"></b>

UEFA-nın sabiq prezidenti Mişel Platini həbs olunub.

Qol.az-ın "The Sun" nəşrinə istinadən yaydığı xəbərə görə, DÇ-2022 üçün elan olunmuş tender prosesində rüşvət almaqda ittiham olunan fransalı futbol funksionerinin Parisin Nanterre bölgəsindəki anti-korrupsiya şöbəsində saxlandığı bildirilir.

Onun Qətərdə keçiriləcək mundialın yerinin müəyyənləşdirilməsi ilə bağlı səsvermədə saxtakarlığa yol verdiyi iddia olunur.

Qeyd edək ki, Platini 2007-2015-ci illərdə UEFA-ya başçılıq edib.

 





18.06.2019    çap et  çap et