525.Az

İran Azərbaycana rəsmən səfir təyin etdi


 

İran Azərbaycana rəsmən səfir təyin etdi<b style="color:red"></b> İran Prezidenti Mahmud Əhmədinejad Tehranda bir sıra ölkələrə, o cümlədən Azərbaycana təyin edilən yeni səfir Möhsin Pak Ayin ilə görüşüb.

Bu barədə Trend İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadən məlumat verir.

Dövlət başçısı Azərbaycan, Qırğızıstan, Malayziya və digər ölkələrdəki diplomatik missiyaların yeni rəhbərlərinə tövsiyələrini verərək İranın bu ölkələrlə ikitərəfli münasibətlərinin inkişafının zərurətini qeyd edib.
Möhsin Pak Ayin 1954-cü ilə Fars əyalətində anadan olub. 1987-91-ci illər ərzində parlament deputatı olub. Azərbaycana səfir təyin edilməzdən əvvəl İran XİN-in Əfqanıstan üzrə departamentinin rəhbəri vəzifəsində çalışıb. Müxtəlif illərdə İranın Zambiya, Özbəkistan və Tailanddakı səfiri olub.

Ayin bu vəzifədə diplomatik missiyası cari ilin yayında başa çatan Məhəmmədbağır Bəhramini əvəz edib.
 





10.10.2012    çap et  çap et