Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, elektron ərizələrin qəbulu internet vasitəsilə aparılır.
İyunun 18-i saat 11:10-a olan məlumata görə, 857 subbakalavr qeydiyyatdan keçib. Onlardan 844 nəfərin ərizəsi təsdiqlənib.