525.Az

Nazir müavini: “Azərbaycan dünya bazarına 2 166 adda məhsul çıxarır”


 

Nazir müavini: “Azərbaycan dünya bazarına 2 166 adda məhsul çıxarır”<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,8% çox olub.

“Report" xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti ilə bağlı təşkil edilmiş mətbuat konfransında bildirib.

“2019-cu ilin ilk 5 ayında kənd təsərrüfatı məhsullarının ixracı 37,6%, qeyri-neft sənayesi məhsullarının ixracı isə 15,6% artırıb. Bu gün Azərbaycan dünya bazarında 2 166 adda məhsul çıxarır”, - deyə o, qeyd edib.

 





19.06.2019    çap et  çap et