525.Az

İranın neft naziri: "Sanksiyalardan sonra İran adı ilə neft ixrac edə bilmirik"


 

İranın neft naziri: "Sanksiyalardan sonra İran adı ilə neft ixrac edə bilmirik"<b style="color:red"></b>

“Tramp administrasiyasının tətbiq etdiyi sanksiyalardan sonra hazırda İran adı ilə neft ixrac edə bilmirik”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib.

O əlavə edib ki, hazırda  vəziyyət müharibə dövründə olduğundan da ağırıdır: “Çünki müharibə dövründə neft ixracatında problemimiz yox idi, Səddam Hüseyn bizim neft qurğularımızı  vururdu,  biz neft satıb pulunu ala bilirdik, lakin indi proses daha da ağır olub”.

 

 





19.06.2019    çap et  çap et