525.Az

Səlim Babullaoğlunun kitabının Belqradda təqdimatı oldu - Fotolar


 

Səlim Babullaoğlunun kitabının Belqradda təqdimatı oldu - <b style="color:red">Fotolar </b>

İyunun 18-də Serbiya Mühacirləri Mədəniyyət Mərkəzinin toplantı zalında Azərbaycan şairi Səlim Babullaoğlunun "Müsahibə" seçmə şeirlər kitabının təqdimatı olub. Azərbaycan və serb dillərində bilinqva formatda işıq üzü görən kitabdakı şeirləri serb dilinə Katarina Paniç çevirib.

AzərTAc xəbər verir ki, tədbirdən əvvəl kitabın naşiri, Mərkəzin və “Dünya Yazıçılarının Belqrad Görüşü” kimi nüfuzlu beynəlxalq ədəbiyyat festivalının icraçı direktoru Miodraq Yakşiç azərbaycanlı qonaqla görüşüb.

Daha sonra təqdimat mərasimi keçirilib. Miodraq Yakşiç mərasimi açıb, Səlim Babullaoğlunun yaradıcılığı barədə fikirlərini bölüşüb.

Müəllifin şeirləri hər iki dildə səslənib və serb ədibləri fikir mübadiləsi aparıblar.

Tədbirdə Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları da iştirak ediblər.







 





19.06.2019    çap et  çap et