525.Az

"Qarabağ"ın 2-ci mərhələdəki rəqibi də bilindi


 

"Qarabağ"ın 2-ci mərhələdəki rəqibi də bilindi<b style="color:red"></b>

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Qol.az-ın məlumatına görə, ölkəmizin qitənin bir nömrəli klub turnirindəki yeganə təmsilçisi "Qarabağ" da bu mərhələdə qarşılaşa biləcəyi potensial rəqibini tanıyıb.

Ağdam təmsilçisi birinci mərhələdə Albaniyanın "Partizani" klubunu keçsə, 2-ci mərhələdə “Dundalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

2-ci təsnifat mərhələsi

Çempionlar yolu

"Qarabağ" (Azərbaycan) /"Partizani" (Albaniya) - “Dundalk” (İrlandiya)/“Riqa” (Latviya)

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. 2-ci raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.

 





19.06.2019    çap et  çap et