525.Az

Türkiyədə hərbi çevrilişə cəhddə təqsirləndirilənlərə hökm oxunub


 

Türkiyədə hərbi çevrilişə cəhddə təqsirləndirilənlərə hökm oxunub<b style="color:red"></b>

Türkiyədə 2016-cıl il iyulun 15-də hərbi çevrilişə cəhddə təqsirləndirilən şəxslərin bir qrupunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, FETÖ terror təşkilatına üzvlükdə, çevrilişə cəhddə təqsirləndirilən 128 nəfərə hökm oxunub. Onlardan 16-sı azadlıqdan ömürlük məhrum edilib.

Azadlıqdan ömürlük məhrum edilənlər arasında hərbi çevrilişi həyata keçirməkdə təqsirləndirilən Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Akın Öztürk, generallar Mehmet Dişli, Mehmet Partigöç, prezident Rəcəb Tayyib Ərdoğanın keçmiş baş yavəri Ali Yazıcı da var.

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyədə FETÖ terror təşkilatı hərbi çevrilişə cəhd edib. Nəticədə yüzlərlə insan ölüb və ya yaralanıb. Bu iş üzrə minlərlə şəxs həbs olunub. FETÖ terror təşkilatına üzvlərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər indiyədək davam edir.

 





20.06.2019    çap et  çap et