525.Az

Ülvi Mehdiyev: "Ermənistan BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak etməyəcək”


 

Ülvi Mehdiyev: "Ermənistan BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak etməyəcək”<b style="color:red"></b>

“İyunun 24-26-da Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunda Ermənistan tərəfinin iştirakı nəzərdə tutulmayıb".

APA xəbər verir ki, bunu Forumla bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, Ermənistanın bu tədbirdə iştirak etməsi üçün bir əsas da yoxdur: "Çünki onların dövlət xidmətləri sahəsində göstərəcəkləri nümunələri yoxdur. Bizim tərəfimizdən Forumda iştirak üçün hər hansı ölkəyə məhdudiyyət qoyulmayıb. Çünki bu, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq tədbiridir. Bizim üzərimizə düşən hansı ölkənin olmasından asılı olmayaraq gələn qonaqların təhlükəsizliyini təmin etməkdir. İştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Ermənistan tərəfindən bu cür müraciət qeydə alınmayıb".

Agentlik sədri qeyd edib ki, 2003-cü ildən bu yana BMT-nin Dövlət Xidmətləri Forumu üçün hər il müxtəlif ölkələr dövlət xidmətləri ilə bağlı öz modellərini təqdim edirlər və iştirak edirlər. Amma Ermənistan tərəfi bu illər ərzində hər hansı real layihə ortaya qoya bilməyib.

 

 





20.06.2019    çap et  çap et