525.Az

Sahil Babayev: “Əməkhaqqı və pensiya artımlarından sonra ciddi inflyasiya gözlənilmir”


 

Sahil Babayev: “Əməkhaqqı və pensiya artımlarından sonra ciddi inflyasiya gözlənilmir”<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmək haqları və pensiyalarının artırılmasının inflyasiyaya səbəb olacağı barədə fikirlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir deyib ki, inflyasiyaya hər hansı bir xərc artımının təsiri nisbətlə götürülən məsələdir. O qeyd edib ki, ölkəyə əlavə pul kütləsinin daxil olması, pul emissiyasının həyata keçirilməsi gözlənilmir: “Dövlət büdcəsinin artan gəlirləri hesabına bu xərclər ödənilir və ümumilikdə bütün xərcin məbləğinə nəzər saldıqda, onun ÜDM-dəki payını və eyni zamanda, pərakəndə ticarət dövriyyəsindəki payı yüksək deyil. Ona görə də artıq dünən Maliyyə naziri də bildirdi ki, ciddi inflyasiya təsirini gözlənilmir və bu nəzarətdə saxlanılacaq.

Bu ilin mart ayından minimum əmək haqları artırıldı, minimum pensiyalar artırıldı. Üç ay keçməsinə baxmayaraq, Azərbaycanda bu gün inflyasiya göstəricisi 2,5%-dir. Artıq bunun özü bir sübutdur ki, ciddi inflyasiya göstəricisi təzyiqi yoxdur. Amma hər bir halda istənilən makro iqtisadi siyasət zamanı bu hər zaman nəzarətdə saxlanılan məsələdir”.

 





20.06.2019    çap et  çap et