525.Az

ABŞ Mərkəzi Komandanlığı uçuş aparatının İran tərəfindən vurulduğunu təsdiqləyib


 

ABŞ Mərkəzi Komandanlığı uçuş aparatının İran tərəfindən vurulduğunu təsdiqləyib<b style="color:red"></b>

ABŞ Mərkəzi Komandanlığı ABŞ-ın Dəniz Üzərində Geniş Müşahidə (BAMS-D) dronunun İranın raket sistemi ilə vurulduğunu təsdiq edir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. Səfirlikdən qeyd olunub ki, ABŞ Mərkəzi Komandanlığının Sözçüsü Bill Ürbanın adından yayılan bəyanatda vurğulanır ki, hadisə iyunun 19-u saat təxminən 23:35 dronun Hörmüz körfəzi üzərində beynəlxalq hava məkanında uçduğu zaman baş verib.

“İran tərəfindən dronun İranın hava məkanında olmasına dair verdiyi hesabatlar düzgün deyil.

Baş verən hadisə beynəlxalq hava məkanında uçan ABŞ-ın hava müşahidə vasitəsinə xəbərdarlıq edilmədən gerçəkləşən hücumdur. Sözügedən BAMS-D dronu RQ-4A Global Hawk High-Altitude, Long, Endurance (HALE) pilotsuz hava vasitələri sisteminə aiddir. Bu dronlar okean və sahil ərazilərində real vaxt rejimində kəşfiyyat  missiyalarını həyata keçirmək üçün istifadə olunur”,- deyə bəyanatda vurğulanır.

 





20.06.2019    çap et  çap et