525.Az

Sumqayıtda Peşə Tədris Mərkəzi açılacaq


 

Sumqayıtda Peşə Tədris Mərkəzi açılacaq<b style="color:red"></b>

Gələn il Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzi fəaliyyətə başlayacaq.

Bunu 525-az-a açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Təhsil naziri bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsi çərçivəsində artıq müəyyən işlər görülüb. M.Mərdanovun sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin icrası istiqamətində İqtisadi İnkişaf Nazirliyi ilə birgə müvafiq müzakirələr aparılıb və hazırlanmış təkliflər Nazirlər Kabinetinə təqdim olunub:

“Gələn il Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulub. Bunun üçün hazırlıq tədbirlərinin dəqiq şəkildə müəyyənləşdirilməsinin və müvafiq işçi qrupunun yaradılmasının zəruriliyi yaranıb”.

S.QARAYEVA

 





10.10.2012    çap et  çap et