525.Az

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb


 

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb<b style="color:red"></b> Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb.

Layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində, Bədən Tərbiyəsi və İdman Akademiyasında, Azərbaycan Texniki Universitetində, Turizm və Menecment Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində seminarlar keçirilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasında qaçqın və məcburi köçkün tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunması, bu münaqişə barədə məlumat bazalarının gücləndirilməsi, sosial şəbəkələr vasitəsilə Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunun artırılması və s. layihənin əsas məqsədini təşkil edib.

Layihə çərçivəsində prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu münaqişənin həllində tutduğu prinsipial və vətənpərvər mövqeyi, silahlı qüvvələrimizin ermənistan üzərində əzici gücə malik olmasını təmin etməsi, Azərbaycan;n Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın beynəlxalq miqyasda apardığı işlər, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı, Heydər Əliyev Fondunun Birinci Vitse–Prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində gördüyü işlər və s. ekspertlər tərəfindən tələbələrə müfəssəl izah edilib, tələbələr diskussiyalarda fəal iştirak ediblər.

Seminarlar zamanı seminarlarda iştirak edən tələbələrə Ermənistanın Azərbaycana silahlı təcavüzünün fəsadlarını əks etdirən maarifləndirici bukletlər paylanılıb.
 





21.06.2019    çap et  çap et