525.Az

Mərkəzi Elmi Kitabxanada "Abbasqulu Ağa Bakıxanov - 225" sərgisi


 

Mərkəzi Elmi Kitabxanada "Abbasqulu Ağa Bakıxanov - 225" sərgisi<b style="color:red"></b>

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və maarifçisi Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 225-ci ildönümünə həsr olunmuş sərgi təşkil olunub.

Çoxcəhətli bədii və elmi yaradıcılığa malik Abbasqulu Ağa Bakıxanov tarix, dil-ədəbiyyat, coğrafiya, fəlsəfə, məntiq və astronomiya elmlərindən bəhs edən əsərlərin müəllifidir.

Təşkil edilmiş sərgidə Abbasqulu Ağa Bakıxanovun Azərbaycan və rus dillərində "Seçilmiş əsərlər"i, "Qüdsinin sərgüzəştləri", "Hind əfsanəsi", "Bədii əsərlər", "Əsrarül-mələküt", "Gülüstani-İrəm" kitabları, eləcə də elmi və ədəbi irsinin digər nümunələri nümayiş olunur.

Sərgi iyulun 2-dək davam edəcək.

 





21.06.2019    çap et  çap et