525.Az

Surqut Diyarşünaslıq Muzeyinə Fərman Salmanov haqqında nəşrlər hədiyyə edilib


 

Surqut Diyarşünaslıq Muzeyinə Fərman Salmanov haqqında nəşrlər hədiyyə edilib<b style="color:red"></b>

Sibir neftinin kəşfi ilə nəticələnmiş mürəkkəb yol miniatür kitaba yerləşdirilib. Sosialist Əməyi Qəhrəmanı, Lenin Mükafatı Laureatı Fərman Salmanov barədə kiçik kitablar şəklində qeyri-adi hədiyyə Surqut Diyarşünaslıq Muzeyinə təqdim edilib.

AZƏRTAC bu barədə "Surqut İnterNovosti" saytına istinadla xəbər verir.

Çox zərif kağız işini Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi, dünyada yeganə Miniatür Kitab Muzeyinin yaradıcısı Zərifə Salahova həyata keçirib.

Miniatür Kitab Muzeyinin beş min nüsxəni ötən kolleksiyası Ginnesin Rekordlar Kitabına daxil edilib. Fərman Salmanov barədə kitab 296 səhifədən ibarətdir, ölçüləri isə 50x60 millimetrə bərabərdir. Kitabçada hələ 30 fotoşəkil üçün də yer tapılıb. Zərifə Salahova bu cür miniatür kitablardan Surqut kitabxanalarının hər birinə iki nüsxə və ayrıca olaraq, əfsanəvi geoloqun adını daşıyan gimnaziyaya hədiyyə verməyi vəd edib.

 





21.06.2019    çap et  çap et