525.Az

BMT Baş katibinin müavini Azərbaycana səfərə gəlib


 

BMT Baş katibinin müavini Azərbaycana səfərə gəlib<b style="color:red"></b>

BMT Baş katibinin müavini Lui Zemin Azərbaycana səfərə gəlib.

"Report"un xəbərinə görə, səfər çərçivəsində o, iyunun 24-26-da Bakıda keçiriləcək BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak edəcək.

Qeyd edək ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-nin birgə təşkilatçılığı ilə baş tutacaq Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanda təşkil olunacaq ilk BMT tədbiridir. 2003-cü ildən keçirilən BMT-nin Dövlət Xidmətləri Forumuna ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edəcək.

 





23.06.2019    çap et  çap et