525.Az

Kaliforniyada 5,6 bal gücündə zəlzələ baş verib


 

Kaliforniyada 5,6 bal gücündə zəlzələ baş verib<b style="color:red"></b>

İyunun 23-də ABŞ-ın Kaliforniya ştatının şimalında 5,6 bal gücündə zəlzələ olub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı ABŞ Geoloji Xidməti yayıb.

Yerli vaxtla saat 03:53-də baş verən zəlzələnin ocağı Petroliya yaşayış məntəqəsindən 5 kilometr cənub-qərbdə, 9,5 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

 

 





23.06.2019    çap et  çap et