525.Az

Rüstəm Orucov ermənini udub, yarımfinala çıxdı


 

Rüstəm Orucov ermənini udub, yarımfinala çıxdı<b style="color:red"></b>

2-ci Avropa Oyunlarında cüdo yarışları davam edir.

Qol.az xəbər verir ki, bu gün kişilərin yarışında Azərbaycan təmsilçilərindən Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq) mübarizəyə başlayıb.

Azərbaycanın yarışdakı bayraqdarı olan R. Orucov 1/16 finalda monteneqrolu Sedrik Bessini məğlub edib. O, rəqibini 57 saniyəyə ipponla üstələyib. Onun növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış italiyalı Fabio Bazile olub. Titullu rəqibinə də qalib gələn cüdoçumuz 1/4 finala yüksəlib. Rüstəm bu mərhələdə erməni idmançı Ferdinand Karapetyanla qarşılaşıb. Rəqibinə vaza-ari xalı ilə qalib gələn idmançımız adını yarımfinala yazdırıb. Onun final yolunda son rəqibi yunanıstanlı Georgios Azoidis olacaq.

Hidayət Heydərov isə 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı, 1/8 finalda isə israilli Din Yaakov Gemeri ipponla məğlub edərək, növbəti mərhələyə yüksəlib. Onun 1/4 finaldakı rəqibi isə yunanıstanlı Georgios Azoidis olub. Rəqibinə ipponla uduzan Heydərov bürünc medal uğrunda təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşacaq.

Qadınların yarışında isə  Nuriyyə Axundova (63 kq) 1/16 finalda rumıniyalı Stefania Adelina Dobreyə  uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 cüdoçusu  medalsız qalıb.

 





23.06.2019    çap et  çap et