525.Az

"Qanun"un yeni nəşrləri - Siyahı


 

"Qanun"un yeni nəşrləri - <b style="color:red">Siyahı</b>

Keşiş Qızı - Corc Oruell

Yazıçının "Keşiş qızı" romanı onun ədəbi aləmdəki mövqelərini daha da möhkəmləndirib. Bu əsərdə yazıçı insan inamının iflasını əks etdirməyə çalışıb. Roman bizi psixoloji realizmin əsl bilicisi olan tamamilə başqa bir Corc Oruellə tanış edir. 

Müəyyən şəraitdə Allaha etiqadın itməsi əsərin baş qəhrəmanı olan keşiş qızı Doroti Heyrin düşüncələrində bəzi ciddi  təbəddülatlar yaratsa da, son nəticədə o, əqidəsinə biryolluq xəyanət eləmir  və itmiş yaddaşı bərpa olunandan sonra özünün əvvəlki puritan həyat tərzinə qayıdır. Həyat Dorotini çətin sınaqlara çəkir. Evi, kilsəni tərk etməli olan inanclı qız avaralar dəstəsinə qoşulur, dilənçilik və hətta xırda oğurluq edir. Özünün keçmiş həyatını və inamını, bütün xristian ideallarını tamamilə unudan qızı həmin vaxt yalnız sırf həyat uğrunda mübarizə məşğul edir. Nəhayət, qohumu tərəfindən tapılan Dorotinin yaddaşı tədricən özünə qayıdır. Lakin indi onunçün dindar həyatı yalnız vərdiş kimi davam edir. Çünki qayıdış bir növ olsa-olsa aldadıcı mahiyyət daşıyır, balaca şəhərcikdə camaatdan pis mənada seçilməmək naminə gerçəkləşir.

Image result for Keşiş Qızı - Corc Oruell

Türkiyəni duyğulandıran ölüm - Vilayət Quliyev

Oxuculara təqdim olunan bu kitabda dövrün türk mətbuatında yer almış böyük mütəfəkkir Əhməd bəy Ağaoğlu haqqında yazılan çoxsaylı vida yazılarından seçmələr toplanıb.  



Emosional Zəka - Daniel Goleman

Amerikalı psixoloq, emosional zəka sahəsində məşhur ekspert olan Daniel Goleman, ailə və iş həyatında uğur qazanmağımızda hisslərimizin mühüm rol oynadığını hesab edir. Bəs, "emosional zəka" nədir? Onu ölçmək olarmı? "Adi" zəka "emosional" zəkadan nə ilə fərqlənir? Keşməkeşli həyat yollarında "adi" zəkalı insan "emosional" zəkaya sahib insandan nə üçün geri qalır? Kədərin, qəzəbin, depressiyanın, qorxunun, həyəcanın, stressin, utancaqlığın, bədbinliyin öhdəsindən necə gəlmək və uğur qazanmaq olar? Bu və digər mühüm suallara cavab tapmaq istəyirsinizsə, məşhur psixoloq, emosional zəka nəzəriyyəsinin banilərindən biri Daniel Golemanın qələmindən çıxmış bu kitabı oxuyun. “Emosional zəka" kitabı yalnız tələbələr və müəllimlər üçün deyil, valideynlər üçün də faydalıdır. 

Image result for Emosional Zəka - Daniel Goleman

Hippi - Paulo Coelho

"Kitabda nəql edilən hadisələr mənim də başıma gəlib, özü də dəfələrlə". Bu gün dünyaca məşhur olan yazıçı Paulo Coelhonun romanı bu sözlərlə başlayır. O vaxt - 70-ci illərdə isə o, hələ yazıçı olmağı arzulayırdı, təhlükəli səyahətlərə çıxır, öz qorxuları ilə mübarizə aparırdı, bütün dünyada yayılan hippi hərəkatının azadlıq ruhunu canına çəkirdi. "Gözəgörünməz poçt" möhtəşəm hərəkatlardan və marşrutlardan xəbər verirdi. Yeni biliklər axtarışında olan gənclər mənəvi müəllimlərinin sorağına çıxır, "Hippi cığırları" ilə Maçu-Pikçuya (Peruda qədim şəhər), Tiauanakoya (Boliviyada qədim, sirli şəhər), Lxasaya (Tibetdə vilayət, Lxasa - "Allahların məskəni") yol alırdı. Romanın qəhrəmanları Paulo və Karla 70 dollara yeni bir "Hippi cığırı" ilə Amsterdamdan (Niderland) Katmanduya (Nepal), macəralarla dolu çox qorxulu bir səfərə çıxırlar. Nədir bu cəsur gəncləri belə uzaq səfərə səsləyən? Başsız bir qəbilə nələr arzulayır? Doğma evlərindən ayrılmağa bunları nə vadar edir? "Əziz ata, mən bilirəm ki, sən istəyirsən, mən oxuyub diplom alım, amma bunu hər vaxt etmək olar, indi isə mənə həyat təcrübəsi lazımdır" - bu, həmin gənclərin valideynlərinə yazdığı məktubdur. Gəlin, biz də onlara qoşulub arzuların arxasınca gedək. Uşaqlara xas olan sevinclərin ardınca, o yerlərə gedək ki, orada sən özünü xoşbəxt hiss edirsən, o yerdə ki, hər şey mümkündür, qəlbin də sevgi ilə doludur!

 





23.06.2019    çap et  çap et