525.Az

Monteneqro baş naziri Azərbaycandadır


 

Monteneqro baş naziri Azərbaycandadır<b style="color:red"></b>

Monteneqronun Baş naziri Duşko Markoviç iyunun 23-də Azərbaycana rəsmi səfərə gəlib.

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Monteneqronun Baş naziri Duşko Markoviçi hava limanında Baş nazirin müavini Əli Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan və Monteneqronun dövlət himnləri səsləndirilib.

 

 





24.06.2019    çap et  çap et