525.Az

ABŞ vurulan pilotsuz aparata görə İrana qarşı sanksiyaları sərtləşdirir


 

ABŞ vurulan pilotsuz aparata görə İrana qarşı sanksiyaları sərtləşdirir<b style="color:red"></b>

ABŞ pilotsuz aparatının vurulmasına və Oman körfəzində tankerlərə hücuma cavab olaraq İrana qarşı sanksiyaları sərtləşdirməyə qərar verib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə vitse-prezident Maykl Pens ötən gün “CBS” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, qərar bu gün prezident Donald Tramp tərəfindən elan olunacaq.

“Biz sabah (24 iyunda) prezidentin Amerika PUA-sının vurulmasına, eləcə də Oman körfəzində iki tankerə hücuma görə İrana qarşı sanksiya rejiminin növbəti mərhələsini elan etməsini gözləyirik”, - deyə, Pens bildirib.

 





24.06.2019    çap et  çap et