525.Az

“Judo Club 2012”nin karateçiləri Budapeştdən 3 medalla qayıdırlar


 

“Judo Club 2012”nin  karateçiləri Budapeştdən 3 medalla qayıdırlar <b style="color:red"></b>

Macarıstanın paytaxtı Budapeştdə Məktəblilərin Dünya Döyüş oyunları çərçivəsində keçirilən karate (WKF) yarışlarına yekun vurulub.

“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının tərkibində yarışda iştirak edən idmançılar arasında “Judo Club 2012”nin karateçiləri də yer alıblar. Nüfuzlu yarışda klubun 3 yetirməsi fərqlənib. Bunlar Kənan Babayev (-68 kq),  Fərid Ağayev (-76 kq), və Fidan Dadaşovadır (-53 kq).

Kənan finalda ukraynalı idmançıyna qalib gələrək qızıl medala layiq görülüb. Növbəti qızıl medalı isə respublikamıza Fərid Ağayev qazandırıb. O da finalda Ukrayna təmsilçisini məğlub edib.  Fidan isə həlledici görüşdə macarıstanlı idmançıya uduzaraq gümüş medalla kifayətlənməli olub..

Xatırladaq ki, Fidan Dadaşova Məktəblilərin Dünya Döyüş oyunlarından əvvəl Astanada təşkil olunan “Qazaxıstan Open” turnirində də gümüş medal qazanıb.

 

 

 

 

 

 

 

 





24.06.2019    çap et  çap et