525.Az

Əflatun Amaşov: "Azərbaycan mətbuatının patriarxını itirmişik"


 

Əflatun Amaşov: "Azərbaycan mətbuatının patriarxını itirmişik"<b style="color:red"></b>

"Biz Azərbaycan mətbuatının patriarxını itirmişik. Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

O bildirib ki, Ş.Hüseynov bütün yaradıcılığı boyu nəsillər üçün nümunə idi:

”Onun üçün öncə millət, dövlət və vətən idi. Şirməmməd Hüseynov elə bir məktəb yaradıb ki, o məktəbin işığı uzun illər, daim Azərbaycanı işıqlandıracaq. Allah ona rəhmət eləsin və qəbri nurla dolsun”.

 





25.06.2019    çap et  çap et