525.Az

Azərbaycan və Ukraynanın xarici işlər nazirləri görüşüb


 

Azərbaycan və Ukraynanın xarici işlər nazirləri görüşüb<b style="color:red"></b>

Bu gün Xarici İşlər Naziri Elmar Məmmədyarov Ukraynaya səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Naziri Konstantin Qrişenko ilə görüş keçirib.

525.az-ın Xarici işlər naziriliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Görüşdə ikitərəfli münasibətlər müzakirə edilib və iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, Azərbaycan və Ukrayna xarici işlər nazirləri GUAM-ın 15-illiyi ilə əlaqədar Kiyevdə keçirilən xarici işlər nazirləri Şurasının iclasının gündəliyini müzakirə etmişlər. 

 





10.10.2012    çap et  çap et